Bakı. Trend:
Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Qazaxıstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artıraraq 195 milyon dollara çatdırıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Oktyabr ayında Türkiyənin Qazaxıstana kimyəvi maddə məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,1 faiz azalaraq 19,2 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.