Bakı. Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Remzi Avcını Süleymaniyədə keçirilən əməliyyatla zərərsizləşdirib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, kod adı "Çiya Amed" olan Remzi Avcı terror təşkilatının Kərkük əyaləti üzrə cavabdeh şəxsi olub.
Terror təşkilatında 1992-ci ildən etibarən Türkiyə dövləti əleyhinə silahlı fəaliyyətlər həyata keçirən Remzi Avcı dəfələrlə qaçmağa nail olsa da, bu dəfə MİT uğurlu əməliyyatla terrorçunu zərərsizləşdirə bilib.