...

Finlandiya Rusiya ilə sərhəddi bağlamağı planlaşdırır

Dünya xəbərləri Materials 14 Noyabr 2023 19:00 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyanın Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə buraxılış məntəqələrinin bağlanması və ya fəaliyyətininin məhdudlaşdırılması barədə təklif hazırlayır.

Trend xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib.

"Nazirliyin hazırlamaqda olduğu təklifə əsasən məntəqələr bağlanacaq və ya fəaliyyəti dayandırılacaq. Bu məsələ Rusiya hökuməti ilə müzakirə olunub, lakin gözlənilən nəticəni verməyib", - nazir deyib.

Nazir qeyd edib ki, qanunsuz miqrant axınının qarşısını almaq məqsədilə sərhəd buraxılış məntəqələrinin sadəcə fəaliyyəti məhdudlaşdırılmayacaq, çox güman ki, daha sərt tədbirlər görüləcək və məntəqələr bağlanacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti