Bakı. Trend:
Fransa məhkəmə orqanları Suriya prezidenti Bəşər Əsədi, onun qardaşı Maher Əsədi və daha iki yüksək vəzifəli məmuru 2013-cü ildə Şərqi Quta bölgəsində kimyəvi silahda istifadədə ittiham edərək həbslərinə order verib.
Trend xəbər verir ki, bu barədə “Civil Rights Defenders” (Beynəlxalq Media Dəstəyi) qeyri-hökumət təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, qadağan olunmuş kimyəvi silahdan istifadə nəticəsində mindən çox insan həlak olub.