...

3 uşağını və arvadını öldürən şəxsin FOTOsu - Polis gördüyü mənzərədən dəhşətə gəldi

Dünya xəbərləri Materials 19 Noyabr 2023 22:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda Özgür Nayman adlı şəxs həyat yoldaşını və 3 azyaşlı uşağını qətlə yetirib.

Trend xəbər verir ki, ailə başçısı dəhşətli cinayəti törətdikdən sonra intihar etmək qərarına gəlib. Yaşadıqları evdə hər bir ailə üzvünü tapança ilə atəş açaraq qətlə yetirən Özgür son gülləni özünə vurub.

Hadisə yerinə gələn polislər və çağırılan təcili yardım briqadaları qarşılaşdıqları mənzərədən dəhşətə gəliblər. Məlum olub ki, qatildən başqa hər 4 şəxs (üçü uşaq olmaqla) hadisə yerindəcə dünyasın dəyişib. Sağ qalan Özgür isə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı İstanbul polisində araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti