...

28 yaşlı gəlin səhər yeməyi zamanı qayınanasını öldürdü - Çörək bıçağı ilə...

Dünya xəbərləri Materials 23 Noyabr 2023 21:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ankara şəhərində gəlini mübahisədən sonra qayınanasını amasızlıqla qətlə yetirib.

Trend xəbər verir ki, 28 yaşlı Merve D. ilə 70 yaşlı qayınanası Kezban D. arasında mübahisə baş verib.

Mübahisə cinayətlə nəticələnib. Gənc qadın çörək bıçağı ilə qayınanasının boğazını kəsib.

Artıq qayınanasını öldürən Merve D. polislər tərəfindən saxlanılıb.

İki azyaşlı uşaq anası olan Mervenin bir ildir əri və qayınanası ilə bir evdə yaşadığı, psixoloji problemlərinin olduğu və müalicə aldığı da üzə çıxıb.

Cinayət işi üzrə istintaq açılıb, araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti