...

Sarkisyanın kürəkəninin cinayət işi Anti-korrupsiya məhkəməsinə göndərilib

Dünya xəbərləri Materials 29 Noyabr 2023 14:07 (UTC +04:00)
Sarkisyanın kürəkəninin cinayət işi Anti-korrupsiya məhkəməsinə göndərilib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın cinayət işi Anti-korrupsiya məhkəməsinə göndərilib.

Trend erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda prokurorluq Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə dələduzluq edən şəxsə qarşı cinayət işi açıb. Sözügedən şəxs cinayət yolu ilə əldə olunan əmlakın qanuniləşdirilməsində və çirkli pulların yuyulmasında ittiham olunur.

İstintaq məlumatlarına görə, o 2018-ci ildə Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 12,5% faizinə sahib olub, lakin əslində səhmlər Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti