...

Tanzaniyada torpaq sürüşməsi nəticəsində 63 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Dekabr 2023 21:41 (UTC +04:00)

Bakı. Trend:

Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 63 nəfər ölüb, 116 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi xəbər verib.

Ölkənin baş naziri Kasim Macalivanın sözlərinə görə, ölənlər arasında 23 kişi, 40 qadın var.

Dekabrın 3-də "AFP" bildirib ki, hadisə nəticəsində 47 nəfər ölüb, 85 nəfər yaralanıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti