Bakı. Trend:
Bab əl-Məndeb boğazında gəminin göyərtəsində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib.
"İdarə (...) Moha (Yəmən) limanından 15 mil qərbdə yerləşən Bab əl-Məndeb yaxınlığında bir hadisə barədə məlumat alıb. Hakimiyyət orqanları araşdırma aparır", - deyə idarənin saytında qeyd olunub.
Gəminin göyərtəsində yanğın olduğu, ekipajın təhlükəsiz yerdə olduğu bildirilib.