Bakı. Trend:
Bu gün səhər saatlarından İranda yanacaqdoldurma məntəqələrində heç bir sürücünün nəqliyyat vasitəsinə yanacaq vura bilməməsi ilə əlaqədar problem yaşanıb.
Trend-in İran KİV-lərinə istinadən məlumatına görə, İranın neft naziri Cavad Ouci jurnalistlərə açıqlamasında bildirib ki, bu gün İranın yanacaqdoldurma məntəqələrində yanacaq kartı ilə ödəniş sisteminə kiber hücum olub. Kiber hücum nəticəsində sistemin fəaliyyəti sıradan çıxıb.
"Hal-hazırda ölkədə 1 625 yanacaqdoldurma məntəqəsində nağd şəklində ödənişlə (yanacaq kartından istifadə etmədən) yanacaq almaq mümkündür. Hazırkı problemin ölkədə benzinin bahalaşması ilə əlaqələndirilməsi şayiədir. Ölkənin benzin ehtiyatı normal səviyyədədir", - deyə o, əlavə edib.
xxx
12:42
Bu gün səhər saatlarından İranda yanacaqdoldurma məntəqələrində heç bir sürücünün nəqliyyat vasitəsinə yanacaq vura bilməməsi ilə əlaqədar problem yaşanıb.
Trend-in məlumatına görə, İranda yanacaqdoldurma məntəqələrində hər bir avtomobilə məxsus yanacaq kartından istifadə olunur.
Bunun üçün ölkədə "online" sistem yaradılıb. Hazırda isə həmin sistem naməlum səbəbə görə fəaliyyətini dayandırıb. Hətta bu sistemə kiber hücumun olduğu da ehtimal edilir.
İranın Neft Nazirliyi hazırda 30% yanacaqdoldurma məntəqələrində offline şəkildə yanacaq doldurmağın mümkün olduğunu bildirib. Hətta bu gün vətəndaşların yanacaqdoldurma məntəqələrinə getməməsi tövsiyə edilib.
Qeyd ki, İranda hər bir avtomobili olan şəxs yanacaq kartı ilə 210 litr benzin ala bilər. Hər ayda ilə 15 min riala (təxminən 0,35 dollar) 60 litr, 30 min riala (təxminən 0,71 dollar) isə 150 litr benzin almaq mümkündür. Bir sıra hallarda bundan əlavə benzinə ehtiyac yarandıqda yanacaq doldurma məntəqələrində nəzərdə tutulan yanacaq kartlarından istifadə etmək olar.