...

Qərb dövlət olaraq Serbiyanın və serb xalqının qərarına hörmət etməlidir - Mariya Zaxarova

Dünya xəbərləri Materials 27 Dekabr 2023 13:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərb dövlət olaraq Serbiyanın və xalq olaraq serblərin qərarına hörmətlə yanaşmalıdır.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Qərbin balanslaşma müddəti bitməlidir. Qərb Serbiyanı suveren dövlət olaraq tanıyırsa, dövlət olaraq Serbiyanın və xalq olaraq serblərin qərarına hörmət etməlidir. Qərb suveren dövlət olaraq Serbiyaya, xalq olaraq serblərə və Serbiya vətəndaşlarına hörmət etmirsə, demokratiya və azadlığın onun üçün sarsılmaz olduğundan imtina etməlidir. Bu səbəbdən Serbiya deyil, Qərb balanslaşdırma aparır və bunu çox təhlükəli şəkildə edir. Bu, manipulyasiyadır, bu, dövlətlərin suverenliyinə hörmətin səhnələşdirilməsidir", - o deyib.

Qeyd edək ki, dekabrın 25-nə keçən gecə Belqradda kütləvi iğtişaşlar başlayıb. "Serbiya zorakılığa qarşı" müxalifət blokunun tərəfdarları paytaxtın şəhər məclisinə keçirilən seçkilərdə hakim partiyanın rəhbərlik etdiyi koalisiyanın qələbəsi ilə razılaşmayıb. Serbiya prezidenti Aleksandr Vuçiç etirazları "Serbiya Respublikasının müstəqilliyi, istiqlaliyyəti və suverenliyini məhv etmək" cəhdi adlandırıb və onların heç bir nəticəyə malik olmayacağına söz verib və "hakimiyyətin yalnız seçkilərdə dəyişdiyini" bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti