Bakı. Trend:
Türkiyədə yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Afyonkarahisar vilayətində qeydə alınıb.
Məlumata əsasən, idaretməni itirən mikroavtobus sürücüsü yol kənarındakı səddə çırpılaraq aşıb.
Qəza nəticəsində 12 nəfər yaralanıb. Yaralılar Afyonkarahisar Sağlamlıq Elmləri Universitetinin xəstəxanasında və Afyonkarahisar Dövlət Xəstəxanasına çatdırılıb.