Bakı. Trend:
Belarus fevral ayında keçiriləcək parlament seçkilərinə ATƏT müşahidəçilərini dəvət etməyəcək.
Trend xəbər verir ki, bu barədə Belarusun Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəsi Andrey Dapkyunas videoəlaqə vasitəsilə jurnalistlərə deyib.
O, Belarusun Xarici İşlər Nazirliyinin göstərişi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Matteo Mekaççiyə bu barədə məlumat verdiyini bildirib.
Qeyd edək ki, Belarusda parlament seçkiləri bu il fevralın 25-də keçiriləcək.