...

ANKA-3 PUA Türkiyə Ordusunun inventarına daxil ediləcək

Dünya xəbərləri Materials 9 Yanvar 2024 18:59 (UTC +04:00)
ANKA-3 PUA Türkiyə Ordusunun inventarına daxil ediləcək

Bakı. Trend:

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan ANKA-3 pilotsuz döyüş təyyarəsi bu il ərzində Türkiyə Ordusunun inventarına daxil ediləcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən bildirilib.

Xatırladaq ki, TUSAŞ tərəfindən hazırlanan ANKA-3 pilotsuz döyüş təyyarəsi ötən ilin 28 dekabr tarixində ilk uçuşunu həyata keçirib.

Qeyd edək ki, maksimum uçuş çəkisi 6,5 ton olan ANKA-3, 1,2 ton faydalı yük daşıya biləcək. 40 min fut yüksəklikdə standart faydalı yükü ilə 10 saat uçuş müddəti olan ANKA-3, 250 kts kruiz sürətinə malikdir. Həm görmə daxilində, həm də kənarda rabitə ilə təchiz ediləcək ANKA-3 Pilotsuz Döyüş Təyyarəsi xüsusi dizaynı sayəsində çox aşağı radar kəsik sahəsinə malikdir. Şaquli dayanıqlığı olmayan “uçan qanad” şəklində olan ANKA-3-ün daxili silah stansiyaları da var ki, bununla da ANKA-3 düşmən radarlarına görünmədən düşmən ərazisinin dərinliklərində “dərin zərbə” adlanan döyüş tapşırıqlarını yerinə yetirə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti