...

Türkiyə MİT Suriyada PKK/YPG-nin 23 hədəfini məhv edib

Dünya xəbərləri Materials 14 Yanvar 2024 21:49 (UTC +04:00)
Türkiyə MİT Suriyada PKK/YPG-nin 23 hədəfini məhv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada PKK/YPG-nin terror məqsədləri üçün istifadə etdiyi 23 hədəfi məhv edib.

Trend xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, PKK-nın Suriyadakı hədəfləri məhv edilib. Sözügedən əməliyyatlarda MİT Suriyada PKK/YPG-nin nəzarəti altında olan təşkilata məxsus sözdə hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri və sursat məntəqələri kimi strateji hədəfləri, həmçinin Suriyada məsul səviyyədə fəaliyyət göstərən şəxsləri hədəfə alıb.

Suriyada PKK/YPG-nin terror məqsədləri üçün istifadə etdiyi 5 kritik infrastruktur obyekti, 3 nəzarət-buraxılış məntəqəsi, 8 hərbi məntəqə, 2 sursat anbarı, 2 logistika anbarı, 2 texniki vasitə anbarı və tunel/yerləşdirmə işlərində istifadə edilən 1 avtomobil məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti