...

ABŞ Macarıstandan İsveçin NATO-ya üzvlüyünə dair sənədin ratifikasiyasını xahiş edib

Dünya xəbərləri Materials 25 Yanvar 2024 01:48 (UTC +04:00)
ABŞ Macarıstandan İsveçin NATO-ya üzvlüyünə dair sənədin ratifikasiyasını xahiş edib

Bakı. Trend,

ABŞ Macarıstandan İsveçin NATO-ya üzvlüyünə dair sənədin ratifikasiya prosesini sürətləndirməsini xahiş edib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel jurnalistlərə deyib.

“Əlbəttə, macar müttəfiqlərimizlə əlaqə saxlayırıq. Macarıstan hakimiyyəti İsveçin NATO-ya daxil olmasını dəstəklədiklərini bildirib. Biz ratifikasiya prosesinin tamamlamasını səbirsizliklə gözləyirik və alyans daha gecikmədən İsveçi öz sıralarına qəbul edəcək”, - deyə V.Patel qeyd edib.

O, həmçinin Vaşinqtonun Türkiyə parlamentinin yanvarın 23-də qəbul etdiyi qərarını alqışladığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti