...

Əfqanıstanda qəzaya uğrayan təyyarədən 1,2 milyon dollar oğurlandı

Dünya xəbərləri Materials 25 Yanvar 2024 17:29 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğrayan təyyarədən 1,2 milyon dollar oğurlandı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın Badəxşan əyalətində qəzaya uğrayan "Falcon 10" təyyarəsindən 1 milyon 200 min ABŞ dolları oğurlanıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, oğurluq hadisəsindən sonra taliblərin Badəxşan əyalətindəki qubernatoru Məhəmməd Ayyub Xalid qruplaşmanın baş nazir müavini Məhəmməd Həsən Axundun göstərişi ilə bu işin araşdırılması və faktların müəyyən edilməsi üçün komissiya təyin edib.

KİV yazır ki, hadisə yerinə ilk gələn şəxslərin Taliban silahlı qüvvələrinin Baş Qərargah rəisi Qari Fəsihəddin Fitrətlə əlaqəsi var.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti