...

İranın Enerji Birjasında neft məmulatları satışa çıxarılacaq

Dünya xəbərləri Materials 28 Yanvar 2024 11:35 (UTC +04:00)
İranın Enerji Birjasında neft məmulatları satışa çıxarılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Enerji Birjasında 28 yanvarda 35,2 min ton karbohidrogen məhsullar satışa çıxarılacaq.

Trend-in məlumatına görə, bu, İranın Enerji Birjasının məlumatında öz əksini tapıb.

Məlumata görə, Enerji Birjasının daxili bölməsində 15,2 min ton satışa çıxarılacaq.

Şiraz Neftayırma Şirkətinin 5 min ton iso recycle, 148 ton solvent 404

Şazənd Neftayırma Şirkətinin 3,5 min ton CSO

İsfahan Neftayırma Şirkətinin 3 min ton ağır nafta

Fəcr Cəm Qaz Emalı Şirkətinin 3 min ton maye qaz (LPG)

Tabas Parvadeh Daş-Kömür Şirkətinin 600 ton ağır qatran yağı

Məlumatda bildirilir ki, Enerji Birjasının beynəlxalq bölməsində Cənubi Pars Qaz Şirkətinin 20 min ton maye qaz (LPG) məhsulu satışa çıxarılacaq.

Qeyd edək ki, İranın Enerji Birjasında karbohidrogen məhsulların satışa çıxarılması böyük əhəmiyyət kəsb edir. İran məhz Enerji Birjası vasitəsi ilə yerli şirkətlərin ehtiyac duyduğu karbohidrogen məhsulları təmin etməyə, həm də ixracı artırmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti