...

ABŞ FES uçot dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb

Dünya xəbərləri Materials 31 Yanvar 2024 23:18 (UTC +04:00)
ABŞ FES uçot dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini dəyişməyərək 5,25-5,5% səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə qurumdan bildiriblər.

Məlumata əsasən, dördüncü dəfədir ki, FES baza dərəcəsinin dəyişdirilməməsi barədə qərar qəbul edib.

Qeyd olunub ki, iqtisadi fəallıq nəzərəçarpacaq sürətlə artır. Eyni zamanda, inflyasiya hələ də yüksək səviyyədə qalsa da, azalır:

"Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Və o hesab edir ki, bu məqsədlərə çatanda risklər daha balanslı olur", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti