Bakı. Trend:
İrakli Qaribaşvili hakim "Gürcü Arzusu" partiyasının sədri seçilib.
Trend xəbər verir ki, Qaribaşvili iki gün əvvəl Baş nazir vəzifəsindən istefa verib.
Qeyd edək ki, Qaribaşvili 2021-ci ildən Gürcüstanın baş naziri vəzifəsində çalışıb. 2013-2015-ci illər ərzində də Gürcüstanın baş naziri vəzifəsində çalışan Qaribaşvili, həmçinin, Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının sədridir.