...

ABŞ-ın zərbələrindən sonra İraqda 3 günlük matəm elan edilib

Dünya xəbərləri Materials 3 Fevral 2024 21:59 (UTC +04:00)
ABŞ-ın zərbələrindən sonra İraqda 3 günlük matəm elan edilib

Bakı. Trend:

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani şənbə günü ABŞ-ın İraqın qərbinə endirdiyi aviazərbələrin qurbanları üçün ölkədə ümumi matəm elan edib.

Trend-in məlumatına görə, bu barədə Baş nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Məhəmməd Şiya əs-Sudani ABŞ-ın Akaşat və Əl-Əs-Südani bombalaması nəticəsində silahlı qüvvələrimiz və mülki şəxslər arasında həlak olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində üç günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib”,- deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti