...

Ümumdünya Antidopinq Agentliyi 241 rusiyalı idmançını cəzalandırdı

Dünya xəbərləri Materials 14 Fevral 2024 10:21 (UTC +04:00)
Ümumdünya Antidopinq Agentliyi 241 rusiyalı idmançını cəzalandırdı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskvadakı LIMS laboratoriyasının məlumatları əsasında 241 rusiyalı idmançını cəzalandırıb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV-i Ümumdünya Antidopinq Agentliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, 18 antidopinq təşkilatı tərəfindən 241 sanksiya irəli sürülüb, daha 41 iş üzrə ittiham irəli sürülüb, 119 iş araşdırılır. Bəzi işlər isə sübutlar olmadığından bağlanılıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Ümumdünya Antidopinq Agentliyinin rəhbəri Vitold Banka LIMS laboratoriyasının məlumatları əsasında 222 rusiyalı idmançının cəzalandırıldığını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti