...

Kreml Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparıldığını AÇIQLADI

Dünya xəbərləri Materials 19 Fevral 2024 15:43 (UTC +04:00)
Kreml Navalnının ölüm şəraiti ilə bağlı araşdırma aparıldığını AÇIQLADI
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı Trend:

Aleksey Navalnının ölüm şəraiti araşdırılır, lakin nəticələr hələ məlum deyil.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Araşdırma aparılır, bununla bağlı lazımi bütün tədbirlər görülür. Lakin hələlik araşdırmanın nəticələri məlum deyil", - o deyib.

Navalnının meyitinin yaxınlarına təhvil verilməsi ilə bağlı suala cavab olaraq Peskov bildirib ki, bu Kremlin səlahiyyətinə daxil deyil.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb. Onun gəzintidən sonra özünü pis hiss edərək, demək olar ki, dərhal huşunu itirdiyi bildirilib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb.

Zəruri bütün reanimasiya tədbirləri görülsə də, heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.

İlkin versiyaya görə, Aleksey Navalnının tromb səbəbindən öldüyü bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti