...

Kanada Ukraynaya 800-dən çox çoxməqsədli pilotsuz uçuş aparatı göndərəcək

Dünya xəbərləri Materials 20 Fevral 2024 01:55 (UTC +04:00)
Kanada Ukraynaya 800-dən çox çoxməqsədli pilotsuz uçuş aparatı göndərəcək

Bakı. Trend:

Kanada Ukraynaya 800 ədəd "SkyRanger R70" çoxməqsədli pilotsuz uçuş aparatı göndərəcək.

Trend-in məlumatına görə, bu barədə Kanada milli müdafiə naziri Uilyan Bler deyib.

Məlumata əsasən, Ukraynaya tədarük edilən pilotsuz uçuş aparatlarının dəyəri 95 milyon Kanada dolları (70 milyon dollar) məbləğində qiymətləndirilir.

Bu dronlar döyüş sursatı da daxil olmaqla 3,5 kq-a qədər faydalı yük daşıya bilir. Kanadanın yazda Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatlarının təhvil verilməsinə başlayacağı ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti