...

Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olundu

Dünya xəbərləri Materials 24 Fevral 2024 17:32 (UTC +04:00)
Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə keçirilən çoxtərəfli məsləhətləşmələrdə Qəzza zolağında girovların dəyişdirilməsinin yeni şərtləri ilə bağlı razılıq əldə olunub.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paris danışıqlarında fələstinli məhbuslarla girovların mübadiləsinə dair sazişin yenilənmiş çərçivəsi haqqında razılıq əldə olunub.

Qeyd edib ki, fevralın 13-də "CNN" telekanalı Fələstinin "HƏMAS" hərəkatındakı mənbəyə istinadla Qəzza zolağındakı girovların azad edilməsi və anklavda atəşkəsə nail olunması ilə bağlı aparılan danışıqlar həlledici mərhələyə qədəm qoyması və qarşıdakı 24 saatın sövdələşmə üçün son dərəcə vacib olacağı barədə məlumat yayıb.

Hazırda Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məşvərət görüşü keçirilir. Görüşdə israilli və fələstinli girovların qarşılıqlı dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti