...

Paşinyan KTMT-dən çıxmaqla hədələdi

Dünya xəbərləri Materials 28 Fevral 2024 19:28 (UTC +04:00)
Paşinyan KTMT-dən çıxmaqla hədələdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin dondurulması Ermənistanın burada KTMT-də daimi nümayəndəsinin olmaması, yüksək səviyyəli tədbirlərdə iştirak etməməsi deməkdir.

Trend xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Təşkilat öz öhdəliklərini yerinə yetirməsə, Ermənistan KTMT-yə üzvlüyünü hüquqi olaraq donduracaq”, - o bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-nin özünü "söndürdüyünü" və fəaliyyət göstərmədiyini deyib.

"Biz KTMT-yə sual verdik ki, onun məsuliyyət zonası hansıdır? Lakin hələlik bu suala cavab yoxdur, KTMT özünü "söndürüb" və fəaliyyət göstərmir", - deyə Simonyan bildirib.

Simonyan Ermənistanın təşkilata üzvlüyünü dayandıracağı təqdirdə öz təhlükəsizliyini istənilən digər üsullarla təmin edəcəyini əlavə edib.

Onun sözlərinə görə, "ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyin istənilən üsulları" bu təşkilata alternativ ola bilər.

Xəbər lenti

Xəbər lenti