...

İranda seçkilərin saatı uzadıla bilər – İranın Seçki Qərargahı

Dünya xəbərləri Materials 1 Mart 2024 10:26 (UTC +04:00)
İranda seçkilərin saatı uzadıla bilər – İranın Seçki Qərargahı
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranda keçirilən parlament və Ekspertlər Məclisi seçkilərinin müddəti uzadıla bilər.

Trend-in məlumatına görə, bu haqda İranın Seçki Qərargahı məlumat yayıb.

Məlumata görə, 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilərin müddəti yerli vaxtla 18:00-dək təyin olunub. Lakin lazım gəldiyi halda bu müddət uzadıla bilər.

Qeyd edək ki, İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər yerli vaxtla saat 08:00-da başlanıb. Seçkilər 31 vilayətdə 1 218 seçki dairəsi, təxminən 59 min seçki məntəqəsində keçirilir.

Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti