...

İtaliyanın hərbi gəmisi Qırmızı dənizdə PUA-nı vurub

Dünya xəbərləri Materials 3 Mart 2024 01:53 (UTC +04:00)
İtaliyanın hərbi gəmisi Qırmızı dənizdə PUA-nı vurub

Bakı. Trend:

İtaliyanın "Duilio" hərbi gəmisi Qırmızı dənizdə pilotsuz uçuş aparatı məhv edib.

Trend-in məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyi xəbər verib.

Məlumata əsasən, pilotsuz uçuş aparatı gəmiyə doğru uçub.

"Bu gün günortadan sonra özünümüdafiə prinsipini rəhbər tutaraq "Duilio" gəmisi Qırmızı dənizdə pilotsuz uçuş aparatını vurub", - deyə nazirlik bildrib.

Məlumata görə, PUA daha əvvəl hücumlar həyata keçirənlərlə eyni xüsusiyyətlərə malik olub. O, gəmidən təxminən altı kilometr aralıda görünüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti