...

Ərdoğan və Zelenski bu mövzuları müzakirə edəcək

Dünya xəbərləri Materials 8 Mart 2024 15:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi mövzular məlum olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Türkiyə və Ukrayna prezidentləri Qara dənizdə təhlükəsizlik məsələsi, sülh təşəbbüsləri, qlobal ərzaq sabitliyi, Rusiya dövləti tərəfindən saxlanılan ukraynalı əsirlərin azad edilməsini müzakirə edəcək.

Həmçinin o da qeyd olunub ki, Türkiyə və Ukrayna prezidentləri iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti