...

Tehranda binada partlayış olub, ölən var

Dünya xəbərləri Materials 11 Mart 2024 01:08 (UTC +04:00)
Tehranda binada partlayış olub, ölən var
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Tehranda partlayıcı maddələrin istehsalı emalatxanasında partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "Nour News" agentliyi xəbər verib.

Məlumata əsasən, partlayış İranın paytaxtının Rey küçəsində baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

"İki mərtəbəli binanın partlaması və uçması nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb və ya yanıq xəsarətləri alıb", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti