...

Rusiyada neft emalı zavodunda yanğın: xəsarət alanlar var

Dünya xəbərləri Materials 13 Mart 2024 09:41 (UTC +04:00)
Rusiyada neft emalı zavodunda yanğın: xəsarət alanlar var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Ryazan şəhərində neft emalı zavodunda yanğın olub.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yanğından əvvəl yerli sakinlər partlayış səsləri eşidiblər. Yanğın nəticəsində iki nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisə şahidləri zavodun üzərində pilotsuz uçuş aparatları (PUA) gördüklərini bildiriblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti