...

Paşinyan Tavuşa gedib

Dünya xəbərləri Materials 18 Mart 2024 14:14 (UTC +04:00)
Paşinyan Tavuşa gedib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd Tavuş vilayətinə səfər edib.

Trend xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Paşinyan hazırda Əskipara, Bağanis və digər yaxın kəndlərin sakinləri ilə görüşlər keçirir.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin Tavuş vilayətindən başlayacağını deyib.

"Vəziyyətdən və imkanlardan çıxış etmək lazımdır. Kommunikasiyaları Ermənistan tərəfi üçün rahat olan yerdə çəkmək, elə qurmaq lazımdır ki, de-yure olaraq Ermənistan ərazisindən keçsin", - o qeyd edib.

Bundan başqa, Paşinyan yaxın günlərdə Tavuşa gedəcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti