Bakı. Trend:
Türkiyə Konstitusiya Məhkəməsinə yeni sədr seçilib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Türkiyə Konstitusiya Məhkəməsinin yeni sədri Kadir Özkaya olacaq.
Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsinin hazırki sədri Zühtü Arslanın vəzifə səlahiyyətlərinin müddəti bu il aprelin 20-də bitir.