...

ABŞ maliyyə naziri Çinə səfər edəcək

Dünya xəbərləri Materials 3 Aprel 2024 02:56 (UTC +04:00)
ABŞ maliyyə naziri Çinə səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın maliyyə naziri Canet Yellen aprelin 3-dən aprelin 9-dək Çinə səfər etmək niyyətindədir və orada ölkə rəhbərliyinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

C.Yellenin ikitərəfli görüşlər və digər təmaslar üçün Çinə səfər edəcəyi bildirilib. Onun səfəri qeyri-qanuni pul dövriyyəsi ilə mübarizə, maliyyə sabitliyinin yaradılması, iqlim problemlərinin həlli və inkişaf etməkdə olan ölkələrin borcları ilə bağlı məsələlərin həlli sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Bildirilib ki, Yellen ölkədə olarkən Çinin Dövlət Şurasının baş naziri Li Tsyan, baş nazirin müavini He Lifen və maliyyə naziri Lan Foan ilə görüşməyi planlaşdırır. Bundan əlavə, o, iqtisadi ekspertlər və Amerika biznes ictimaiyyətinin nümayəndələri ilə bir sıra digər ikitərəfli görüşlər və məsləhətləşmələr keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti