...

Sloveniya Fələstinin BMT-yə üzvlüyünə səs verəcək

Dünya xəbərləri Materials 12 Aprel 2024 05:04 (UTC +04:00)
Sloveniya Fələstinin BMT-yə üzvlüyünə səs verəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniya BMT-nin Təhlükəsizlik Şurasının iclasında səsvermə zamanı Fələstinin təşkilata daimi üzv kimi daxil olmaq müraciətini dəstəkləyəcək.

Trend-in məlumatlna görə, bu barədə Sloveniya Mətbuat Agentliyi Sloveniyanın Baş Nazirinin Ofisində Milli və Beynəlxalq Təhlükəsizlik üzrə Dövlət Katibi Voyko Volka istinadən bildirib.

"Sloveniya Fransa və Malta ilə birlikdə respublikamızın səmimiyyətlə inandığı bu qərarı [Fələstinin BMT-yə daimi üzv kimi daxil olmaq müraciətini] dəstəkləyəcək. Hesab edirik ki, Fələstinin BMT-də olmasında layiqdir və təşkilatda söz sahibi olmaq hüququna malikdir", - deyə V.Volk bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti