...

Rusiya bu ölkənin səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib

Dünya xəbərləri Materials 12 Aprel 2024 13:37 (UTC +04:00)
Rusiya bu ölkənin səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniyanın Rusiyadakı səfiri Darya Bavdaj-Kuret Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Sloveniyadakı səfirliyinin əməkdaşının akkreditasiyadan məhrum olunması ilə əlaqədar olaraq səfirə etiraz notası təqdim olunub. Bundan başqa, Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşı Rusiya Federasiyası tərəfindən "persona non grata" elan olunub.

Qeyd edək ki, Sloveniya Xarici İşlər Nazirliyi martın 21-də rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib. Nazirlik qeyd edib ki, sözügedən şəxs diplomatik statusuna uyğun olmayan fəaliyyətlə məşğul olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti