...

Putin və Rəisi arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 16 Aprel 2024 17:54 (UTC +04:00)
Putin və Rəisi arasında telefon danışığı olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisinin telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin Rəisini və İrandakı bütün müsəlmanları müqəddəs Ramazan ayının bitməsi və Ramazan bayramı münasibətilə təbrik edib.

Bundan başqa, Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Putin bütün tərəflərin təmkinli davranacağına və yeni qarşıdurmaya yol verməyəcəyinə ümid etdiyini bildirib və əks halda bunun bütün region üçün faciəvi nəticələrə yol açacağını əlavə edib.

Rəisi də öz növbəsində İsrailə hücumunun məcburi olduğunu və məhdud xarakter daşıdığını, müstəsna olaraq hərbi obyektlərin hədəf alındığını bildirib.

"İran prezidenti Tehranın gərginliyi artırmaqda maraqlı olmadığını bildirib", - Kremlin məlumatında qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti