Bakı. Trend:
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana dəstəyini ifadə edib.
Trend xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanla bağlı yaşanan hadisə təəssüf doğurur.
"Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, lakin Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir. Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq", - partiya sədri qeyd edib.
Xatırladaq ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb.