...

Peskov rus generalların həbsindən danışıb

Dünya xəbərləri Materials 23 May 2024 19:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Müdafiə Nazirliyi korrupsiya ilə mübarizə aparır.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kreml rəsmisi Dmitri Peskov brifinq zamanı deyib.

O, yüksək rütbəli hərbçilərin həbsinə münasibət bildirib.

"Bu iş kampaniya deyil, davam edir. Təfərrüatları deyə bilmərəm, səlahiyyətim yoxdur. Burada hər hansı təşviqatdan söhbət gedə bilməz. Bu iş istər federal, istərsə də bələdiyyə səviyyəsində bütün idarələrdə davam edir", - diplomat əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin 2 ay müddətinə həbs olunub. Baş Qərargah rəisinin müavini 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov da irimiqyaslı dələduzluq işi üzrə həbs edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti