...

Türkiyə prezidenti 18 ildən sonra CHP-nin Baş qərargahına gedib

Dünya xəbərləri Materials 11 İyun 2024 17:42 (UTC +04:00)
Türkiyə prezidenti 18 ildən sonra CHP-nin Baş qərargahına gedib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 18 ildən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Ərdoğanla CHP sədri Özgür Özel arasında görüş keçirilir.

Görüşdə Ərdoğanın Türkiyənin yeni konstitusiyanın qəbulu məsələsinə toxunacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda ölkənin mövcud konstitusiyasını əvəz etmək üçün yeni konstitusiyasının hazırlanmasının və qəbul edilməsinin zəruri olduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti