...

İran sərhədçiləri Pakistan sərhədində silahlı qruplaşma ilə toqquşub

Dünya xəbərləri Materials 15 İyun 2024 14:04 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimal-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonu sərhəd bölgəsində İran Sərhəd Mühafizə Xidmətinin əməkdaşları terror qruplaşmasının üzvləri arasında silahlı insident baş verib.

Trend-in məlumatına ögrə, bunu İranın Sərhəd Mühafizə Xidmətinin komandanı, general Əhməd Əli Qudərzi deyib.

Onun sözlərinə görə, terror qruplaşmasının üzvləri ölkəyə daxil olaraq təxribat törətmək niyyətində olublar.

Qudərzi deyib ki, silahlı insident nəticəsində terror qruplaşmasının bir neçə üzvü yaralanıb və onlar geri çəkiliblər.

İranlı rəsmi qeyd edib ki, terrorçular geri çəkilərkən çoxlu miqdarda partlayıcı maddə, elektron vasitələr və sairə götürülüb.

Xəbər lenti

Xəbər lenti