...

Pakistanda baş verən yol qəzasında azı 4 nəfər ölüb

Dünya xəbərləri Materials 16 İyun 2024 21:25 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın cənubunda sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzası nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "The News" qəzeti xəbər verib.

Məlumata əsasən, avtobus Kəraçi - Sukkur marşrutu ilə hərəkət edib.

Bildirilib ki, hadisə bazar günü Xeyrpur şəhəri (Sind vilayəti) yaxınlığında baş verib. Avtobus sürücüsü ötmə manevrini yerinə yetirərkən sürət həddini aşaraq idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəza nəticəsində sürücü və 3 sərnişin həlak olub, daha 14 nəfər yaralanıb. Yaralıların hamısı Xeyrpur xəstəxanasına çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti