...

Husilər Yunanıstan gəmisini vurdu

Dünya xəbərləri Materials 24 İyun 2024 09:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstana məxsus “Transworld Navigator” yük gəmisi Yəmən husilərinin hücumuna məruz qalıb, ekipaj üzvləri yaralanıb və gəmi zədələnib.

Trend xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

"Husilərin davam edən bu pis niyyətli və ehtiyatsız davranışı regional sabitliyi, Qırmızı dəniz və Ədən körfəzindəki dənizçilərin həyatını təhdid edir”, - məlumatda qeyd edilir.

Husilərin hərbi sözçüsü Yəhya Sari bildirib ki, Yəmən silahlı qüvvələrinin donanması pilotsuz uçuş aparatı vasitəsilə Qırmızı dənizdə “Transworld Navigator”u məhv etmək üçün ikinci əməliyyat keçirib və nəticədə gəmi birbaşa vurulub.

Hind okeanındakı “Stolt Sequoia” gəmisinə bir neçə qanadlı raketin atıldığını da deyən Yəhya Sari əməliyyatın məqsədlərinə nail olunduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti