...

Bu ölkə Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Dünya xəbərləri Materials 9 İyul 2024 16:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar Federal Departamenti (EAER) məlumat yayıb.

Məlumata görə, sanksiyalar siyahısına daha 69 fiziki və 47 hüquqi şəxs əlavə edilib. Yeni sanksiyalar iyulun 9-da qüvvəyə minəcək.

Bundan başqa, “RİA Novosti” agentliyinin, “İzvestiya” qəzetinin, “Rossiyskaya qazeta”nın və Praqada yerləşən “Avropanın səsi” portalının təbliğatına da qadağa qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti