Bakı. Trend:
Livanda yerləşən "Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullah deyib ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəlsələr, onun qruplaşması İsrailə qarşı hücumları dayandıracaq.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti xəbər verib.
O, demək olar ki, hər gün İsrailin şimalına hücumların əsas məqsədini düşmənin maddi və mənəvi tükənməsi adlandırıb və əlavə edib ki, qruplaşma bu məqsədə nail ola bilib. Onun sözlərinə görə, "Hizbullah" İsrailə açıq şəkildə bildirib ki, “əgər onlar bunun dayandırılmasını istəyirlərsə, Qəzza zolağında təcavüzü dayandırmalıdırlar”.
Əgər HƏMAS və İsrail sülh razılaşmasına nail olsalar, "Hizbullah" "müzakirə və danışıqlar olmadan" hücumları dayandıracaq.