...

Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib

Dünya xəbərləri Materials 14 İyul 2024 05:36 (UTC +04:00)
Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib.

Trend xəbər verir ki, Tramp açıqlamanı “Truth Social” sosial şəbəkəsindəki şəxsi hesabından verib.

“Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Güllə sağ qulağımın yuxarı hissəsini deşib. Atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Xəbər lenti

Xəbər lenti