Bakı. Trend:
Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi Volqoqrad vilayətində qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarə boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Yerdə dağıntı yoxdur, pilotlar sağ qalıblar.
Nazirlik təyyarənin qəzaya uğramasının ilkin səbəbini texniki nasazlıq kimi müəyyən edib.