Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Livan sərhədində vəziyyətin kəskin pisləşməsinə baxmayaraq, İsrail və “Hizbullah” arasında genişmiqyaslı döyüşlərin qaçılmaz olduğuna inanmır.
Trend xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jean-Pierre məlumat verib.
“Genişmiqyaslı müharibənin qaçılmaz olduğuna inanmırıq və hələ də bunun qarşısını almağın mümkün olduğunu düşünürük,” - ABŞ prezidentinin sözçüsü bildirib.
Qeyd edək ki, iyulun 27-də Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində 12 uşaq ölüb. İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin bu ağır hücuma cavabsız qalmayacağını bəyan edib.