...

ABŞ və Aİ təcili danışıqlar aparıb - "Financial Times"

Dünya xəbərləri Materials 1 Avqust 2024 13:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Avropa İttifaqının (Aİ) yüksək vəzifəli diplomatları Yaxın Şərqdə vəziyyətlə əlaqədar təcili danışıqlar aparıblar.

Trend xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.

Nəşr yazır ki, danışıqlar HƏMAS-ın lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra regionda genişmiqyaslı müharibənin başlamasına yol verməmək məqsədilə aparılıb.

Məlumata əsasən, Aİ-nin xarici siyasət xidməti başçısının müavini Enrike Mora iyulun 31-də Tehranda "kritik mühüm" danışıqlar aparıb. Eyni gündə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanında danışıqlar aparıb.

Müzakirələr, əsasən, İranı bu hücuma reaksiya verməməyə və ya "rəmzi hərəkətlərlə" kifayətlənməyə inandırmaq olub.

Danışıqlarda iştirak edən Qərb diplomatları dünən gecədən başlayaraq cavab verməməsi məqsədilə İrana təzyiqlər edildiyini vurğulayıblar.

Bu arada "The New York Times" xəbər verib ki, İranın ali lideri Əli Xamenei İsrailə birbaşa zərbə endirmək əmrini verib.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti