Bakı. Trend:
Rusiya Federasiyasının Kalininqrad vilayətinin Svetloqorsk şəhərində yerləşən uşaq düşərgəsində 32 uşaq bağırsaq infeksiyasına yoluxub.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, 32 uşaqda zəhərlənmə əlamətləri aşkarlanıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.
Faktla bağlı epidemioloji araşdırmaya və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə başlanılıb.